Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

İŞSİZ VƏ İŞAXTARANLARIN NƏZƏRİNƏ!

06 iyun 2023 | 11:51

Gəncə-Daşkəsən Regional Məşğulluq filialı Daşkəsən şəhər Mədəniyyət Mərkəzində 07 iyun 2023-cü il tarixdə saat 11:00-dan 13:00-a kimi 14-ə yaxın müəssisənin iştirakı ilə əmək yarmarkası keçirəcəkdir.

 

İşə qəbul olunmaq istəyən şəxslər qeyd olunan tarixdə Daşkəsən şəhər Heydər Əliyev meydanında yerləşən Mədəniyyət Mərkəzinə yaxınlaşa bilərlər.

 

Vakansiyalar aşağıdakılardır:

 

  • Anbardar
  • Qaynaqçı
  • Avtomobil təmiri üzrə elektrik
  • Yük avtomobili sürücüsü
  • Ekskovator operatoru
  • Kran operatoru
  • Katok operatoru (Vərdənə maşinisti)
  • Kababçı
  • Mətbəx köməkçisi
  • Qabyuyan
  • Fəhlə
  • Aşbaz
  • Xadimə
  • Satıcı Kassir
  • Ofisiant və d.

 

Namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etməsi mütləqdir. Müraciətçinin CV nümunəsi isə arzuolunandır.

Yarmarkada vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında ətraflı məlumat  veriləcəkdir.

 

Ünvan: Daşkəsən şəhəri, H.Əliyev meydanı, Mədəniyyət Mərkəzinin binası

Keçidlər