Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

ELAN

16 aprel 2023 | 11:16

18-19 aprel 2023-cü il tarixlərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi “AzerGold” QSC-nin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzin səyyar avtomobil klinikası Daşkəsən şəhərində fəaliyyət göstərəcək və həkim-oftalmoloqlar tərəfindən sakinlərin səyyar müayinə aksiyası keçirəcəkdir.

2023-cü ilin aprelin 28-də Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur. “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Prezident cənab İlham Əliyev Sərəncam imzalayıb.

Akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə  keçirilən bu nəcib aksiyanın məqsədi görkəmli oftalmoloq alimin xatirəsinin yad edilməsi, habelə xəstələrin operativ müayinəsi və müalicəsi, korluğun qarşısının alınması, görmə patologiyasının erkən aşkarlanması, göz xəstəliklərinin monitorinqi, görmə problemlərinin həllindən ibarətdir.

Tibbi müayinələr Daşkəsən şəhər Heydər Əliyev Mərkəzinin qarşısında 18-19 aprel tarixlərində saat 09:00-dan 17:00-dək aparılacaqdır.

Keçidlər