Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Daşkəsəndə vətəndaşları qəbul edəcək
21 oktyabr 2024 | 17:10
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov oktyabrın 22-də saat 10:00-da Daşkəsən rayonunda Daşkəsən, Göygöl, Samux, Kəlbəcər rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul edəcək.
Vətəndaş qəbulu Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev meydanı 2) baş tutacaq.
Qəbul zamanı Daşkəsən, Göygöl, Samux, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə https:/c2b.customs.gov.az/vsq_muraciet.aspx qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.