Daşkəsən rayonunda 81 mədəni- maarif müəssisələri fəaliyyət göstərir. 1 incəsənət məktəbi, 1 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 1 rayon Mədəniyyət Mərkəzi, 1 Dövlət Rəsmlər Qalereyası, 1 Heydər Əliyev Mərkəzi, 1 Tarix Diyarşünaslıq Muzeyi, 37 kənd, qəsəbə filial kitabxanası, 2 kənd mədəniyyət evi, 31 kənd klubu, 5 qəsəbə klubu, 6 tarix və mədəniyyət abidə mühafizəçisi olmaqla fəaliyyət gösdərir. Həmin mədəni – maarif müəssisələrində 373 nəfər işçi rayon əhalisinə xidmət göstərir.
Daşkəsən rayon 7 illik uşaq İncəsənət məktəbi 1961-ci ildə musiqi məktəbi kimi, 1985-ci ildən isə incəsənət məktəbi kimi fəaliyyət göstərmişdir. Məktəbdə 104 nəfər müəllim, 420 nəfər şagirdin musiqi təhsili ilə məşğul olur. Məktəbdə 9 ixtisas tədris olunur – Fortepiano, tar, kamança, nağara, saz, qarmon, xanəndəlik, rəqs və rəsmxət şöbələri fəaliyyət göstərir. Məktəb binasının əsaslı təmirə ehtiyacı var.
Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1982 – ci ildə yaradılmış, sistemdə texniki işçilərlə birlikdə 96 nəfər işçi 25 şəhər, 6 qəsəbə kitabxanalarında, 65 nəfər isə kənd kitabxanalarında işçi çalışır. Hazırda bütün tip kitabxanalarda 425.6 – min ədəd kitab fondu mövcuddur.
Kənd, qəsəbə kitabxanalarının demək olar ki, əksəriyyətinin əsaslı təmirə eytiyacı var, 37 kənd, qəsəbə kitabxanalarinin çoxu artıq qəza vəziyyətində olan uyğunlaşmış binalarda yerləşir.
Mərkəzləşdirilmiş Kitabxana Sistemində fəaliyyət göstərən şöbələr bütün kitabxanaların fəaliyyətini tənzimləyir. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin metodika şöbəsinin metodistləri vaxtaşırı yerlərdə olur və işçilərə metodik köməklik göstərir. Bütün bu işlər əvvəlcədən tutulmuş qrafiq əsasında yerinə yetirilir.
Mərkəzləşdirilmiş Kitabxana Sistemində hazırda 9 ədəd kompyuter dəsti işlək vəziyyətdədir.
Bundan başqa 2 ədəd kompyuter dəsti Uşaq şöbəsində, 2 ədəd kompyuter dəsti Xidmət şöbəsində, 1 ədəd kompyuter dəsti Bayan Almabağı kənd kitabxanasında, 1 ədəd Aşağı Daşkəsən qəsəbə kitabxanasında, 1 ədəd Gurbulaq kənd kitabxanasında və 1 ədəd Xoşbulaq kənd kitabxanasında işlək vəziyyətdədir.
Mərkəzləşdirilmiş Kitabxana Sistemində internet saytı açılmışdır. Gələcəkdə kənd kitabxana filiallarının da kompyuterlə təchiz olunmaları nəzərdə tutulmuşdur. Mədəniyyət və Turizm şöbəsində calışan işçilərin böyük əksəriyyəti demək olar ki, 95%-i ümumi orta təhsillidir. Kadr çatışmamazlığına görə şöbə böyük problemlərlə üzləşir.
S/S | Mədəniyyət və tarixi abidənin adı | Yerləşdiyi ünvan | Aid edildiyi əsr və ya il | Tipi: (arxeoloji ......) | Əhəmiyyəti:(Dünya əhəmiyyətli, yerli əhəmiyyətli) |
1 | Xoşbulaq kurqanları | Xoşbulaq kəndi | Son tunc –ilk dəmir dövrü | arxeoloji abidə | Dünya əhəmiyyətli |
2 | Monastır | Quşçu kəndi | 487-ci il | memarlıq abidəsi | Ölkə əhəmiyyətli |
3 | Nekropol | Daşkəsən kəndi | Tunc-ilk dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
4 | “Göyçəlilər yurdu” qalaçası | Əmirvar kəndi | Dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
5 | Yol yurdu qalaçası | Əmirvar kəndi | Dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
6 | Aşağı qalaça | Əmirvar kəndi | Dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
7 | Kiçikyurd qalaçası | Əmirvar kəndi | Dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
8 | Örük daş qalası | Əmirvar kəndi | Son tunc-ilk dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
9 | Yuxarı qalaçası | Əmirvar kəndi | Dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
10 | Çalağan qalaçası | Dardərə kəndi | Dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
11 | Daşlıtəpə qalaçası | Xoşbulaq kəndi | Tunc dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
12 | Divar qalıqları | Xoşbulaq kəndi | Tunc dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
13 | Nağaradağ qalaçası | Xoşbulaq kəndi | Dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
14 | Əhmədli qalaçası | Xoşbulaq kəndi | Son tunc-ilk dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
15 | Çoban daşı qalaçası | “Uzunaralıq” ərazisi | Tunc dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
16 | Kurqanlar | “Uzunaralıq” ərazisi | Tunc dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
17 | Kurqan | Çovdar kəndi | Tunc dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
18 | Qırmızı qala | Çovdar kəndi | Son tunc-ilk dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
19 | Qaflan qala | Çovdar kəndi | Son tunc-ilk dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
20 | Kurqanlar | Zağalı kəndi | Tunc dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
21 | Daş qutu nekropolu | Zağalı kəndi | Tunc dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
22 | “Molla Abdulla bulağı” qalaçası | Zağalı kəndi | Tunc dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
23 | Qazaxyolçular qalaçası | Qazaxyolçular kəndi | Dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
24 | Daş qutu nekropolu | Qazaxyolçular kəndi | Dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
25 | Dikdaş qalaçası | Gürbulaq kəndi | Tunc dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
26 | Ərkinaz qalaçası | Gürbulaq kəndi | Dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
27 | Qalaça | Gürbulaq kəndi | Dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
28 | Qalaça | Tülküdərə ərazisi | Dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
29 | Daş qutu nekropolu | Bayan kəndi | Tunc dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
30 | Nekropol | Bayan kəndi | Tunc ilk dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
31 | Kurqan | Dəstəfur kəndi | Tunc dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
32 | Daş qutu nekropolu | Zəylik kəndi | Tunc dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
33 | Nekropol | Qaraqollar kəndi | Tunc dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
34 | Nekropol | Quşçu kəndi | Tunc-ilk dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
35 | Müşavaq qalası | Müşavaq kəndi | Son tunc ilk dəmir dövrü | arxeoloji abidə | Ölkə əhəmiyyətli |
36 | Körpü | Daşkəsən şəhəri | memarlıq abidəsi | Yerli əhəmiyyətli | |
37 | Məbəd | Bayan kəndi | XV əsr | memarlıq abidəsi | Yerli əhəmiyyətli |
38 | Körpü | Bayan kəndi | XV əsr | memarlıq abidəsi | Yerli əhəmiyyətli |
39 | Körpü | Bayan kəndi | XIX əsr | memarlıq abidəsi | Yerli əhəmiyyətli |
40 | Kilsə | Bayan kəndi | 1863-cü il | memarlıq abidəsi | Yerli əhəmiyyətli |
41 | Monastır | Bayan kəndi | 1823-cü il | memarlıq abidəsi | Yerli əhəmiyyətli |
42 | Türbə | Əhmədli kəndi | memarlıq abidəsi | Yerli əhəmiyyətli | |
43 | Kilsə | Çovdar kəndi | 1869-cu il | memarlıq abidəsi | Yerli əhəmiyyətli |
44 | Qala | Çovdar kəndi | 1891-ci il | memarlıq abidəsi | Yerli əhəmiyyətli |
45 | Kilsə | Quşçu kəndi | 1850-ci il | memarlıq abidəsi | Yerli əhəmiyyətli |
46 | Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlilərimizin xatirə abidəsi | Daşkəsən şəhəri | 1981-ci il | bağ-park abidəsi | Yerli əhəmiyyətli |