Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə dair rayon müşavirəsi keçirilmişdir

24 iyun 2016 | 16:00

Daşkəsən rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə dair rayon müşavirəsi keçirilmişdir

Regionlarda kənd təsərrüfatı işlərinin gedişi, bu sahənin inkişafı ilə əlaqədar mövcud ehtiyatların araşdırlması məqsədilə yaradılmış İşçi qrupunun iyunun 24-də Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında  keçiriləcən tədbirdə Azərbaycan Respublikası Prezidentinin  iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin Aqrar və sənaye məsələləri  şöbəsinin müdiri Azər Əmiraslanov, Azərbaycan Respublikası Prezidenti  Administrasiyasının məsul işçiləri Arif Novruzov və Musa Yaqubov, Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və eyni zamanda müşavirədə 220 nəfər Daşkəsən rayonu ərazisində kənd təsərrüfatı üzrə fəaliyyət göstərən qurumları,  kəndli fermer təsərrüfatlarının nümayəndələri, Rayon İcra Hakimiyyəti Başçısının ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar və iş adamları iştirak etdilər.
İşçi qrupunun üzvləri  əvvəlcə rayonun Bayan kəndi ərazisində yerləşən “Ağbaba” kəndli fermer təsərrüfatının heyvandarlıq  sahəsinə və arı ailələrinə, Quşçu kəndi ərazisində yerləşən “Ağbaba” kəndli fermer təsərrüfatının arpa, buğda, kartof və yonca əkin sahələrinə baxış keçirmişlər.
Müşavirəni çiriş nitqi ilə açan Daşkəsən  rayon  İcra Hakimiyyətinin  Başçısı  cənab  Əhəd Abıyev ilk öncə qonaqları və müşavirə iştirakçılarını salamlayaraq qeyd etmişdir ki,  bu gün ölkə perzidenti İlham Əliyev cənablarının təşəbbüsü ilə Azərbaycanda qeyri-neft sektoruna əsaslanan iqtisadi-inkişaf modeli prioritet seçilmişdir. Qarşıda duran əsas məqsəd Azərbaycanda iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal gücündən səmərəli istifadə olunmaqla, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır.
Daşkəsən rayonunun ümumi ərazisi 104605 hektar təşkil edir ki, bundan 63245 hektar dövlət mülkiyyətində saxlanılmış, 28757 hektarı bələdiyyə mülkiyyətinə, 12603 hektarı isə xüsusi mülkiyyətə verilmişdir. Rayon üzrə mövcud olan 58558 hektar kənd təsərrüfatına yararlı torpaqların 2491 hektarı əkin sahəsi, 63 hektarı çox illik bağlar, 9909 hektarı biçənək, 46095 hektarı örüş-otlaq sahəsi kimi istifadə olunur. Cari il ərzində rayon ərazisində 2178 hektar sahədə  əkin aparılmışdır. Rayonda kənd təsərrüfatının inkişafının sürətləndirilməsi üçün rayon Kənd Təsərrüfatı idarəsi yaradılmış və həmin idarənin inzibati binasında son tamamlanma işləri görülür. 
  Daşkəsən respublikanın həm də meyvəçiliyin və tərəvəzçiliyin mövcud olduğu rayonlarındandır. Belə ki, il ərzində 6839  tonadək meyvə və 1244,4 tonadək tərəvəz məhsulları istehsal olunur. Lakin istehsal olunmuş meyvə və tərəvəz məhsullarının qəbulu üçün emal müəssisələri olmadığına görə bu sahə lazımı səviyyədə inkişaf etmir, potensial imkanlarından tam istifadə olunmur.
Rayon ərazisində “Ağbaba” kəndli fermer təsərrüfatı fəaliyyət göstərir. Ona görə əhali tərəfindən yetişdirilən meyvə və tərəvəz məhsullarının tədarükü və emalı müəssisələri yaradılarsa əhalinin məşğulluğunun artırılması ilə yanaşı meyvəçilik və tərəvəzçilik sahələrinin  inkişafına təkan verilmiş olar.
Rayonda 102364 baş xırda buynuzlu və 26701 baş iri buynuzlu mal-qara mövcuddur. Heyvandarlıqla məşğul olan 19, heyvandarlıq və bitkiçiliklə məşğul olan 4 fermer təsərrüfatı və 4 kənd təsərrüfatı müəssisəsi vardır. İri buynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə süni mayalanma işləri təşkil edilmişdir. 2015-ci ildə 57 baş iri buynuzlu heyvandan 32 baş bala alınmış, 2016-cı ilin birinci rübündə isə 34 baş iri buynuzlu heyvanlar süni mayalandırılmışdır. 
Daşkəsən  rayonundakı  yay örüş otlaq torpaqlarının müəyyən hissəsi digər rayonların təsərrüfatları tərəfindən istifadə olunduğuna, mal-qaranın baş sayına görə hazırda Daşkəsən  rayonunun mövcud olan örüş sahəsi azlıq təşkil edir. Odur ki, həmin örüş-otlaq sahələrinin tamamilə Daşkəsən  rayonunun sərəncamına verilməsi rayonda heyvandarlığın  inkisafı üçün daha səmərəli olar.
Rayonda ət və süd məhsullarının qəbulu və emalı müəssisələrinin mövcud olmaması rayon ərazisində fərdi və fermer təsərrüfatlarında istehsal olunan ət, süd və süd məhsullarının satışı üçün çətinlik yaradır. Bu çətinliyin aradan qaldırılması üçün  rayonda ət və süd məhsullarının qəbulu və emalı müəssisələrinin yaradılmasına ehtiyac vardır.
Taxılçılıq rayonun kənd təsərrüfatı üzrə müəyyən sahəni təşkil edir. 2016-cı ilin məhsulu üçün 667 hektar sahəyə  taxıl səpilmişdir.  Rayonda taxılçılığın daha da inkişaf etdirilməsinə iqlim şəraiti imkan verir. Lakin texnikanın çatışmazlığı səpin və yığım dövründə çətinliklər yaradır.
Daşkəsən  rayon  İcra Hakimiyyətinin  Başçısı  cənab  Əhəd Abıyev öz çıxışında vurğulamışdır ki, ötən il rayonda 21 min 840 sentner taxıl istehsal edilib, hər hektarda məhsuldarlıq 22 sentner olub
Rayon ərazisindəki əkin sahələri iqlim şəraitinə uyğun olaraq  dəmyə şəraitində becərilir. Rayonda mövcud olan 2491 hektar əkin sahəsindən 1800 hektarına suvarma sistemi tətdiq edilə bilər. 
Daşkəsən  rayonu ərazisində suvarma sisteminin yaradılmasını  məqsədəuyğun hesab edirik. Bu əkin sahələrinin genişləndirilməsinə və məhsuldarlığın artırılmasına imkan verər.
Daşkəsən  rayonunda əsasən əkinçilik və heyvandarlıq sahələri ilə məşğul olunur. 2015-ci ilin yekunlarına görə, rayonda ümumi məhsul buraxılışının 44,7 faizini kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edib. Məhsul buraxılışının 26,6 faizi bitkiçilik sahəsinə, 73,4 faizi isə heyvandarlıq sahəsinə aid olmuşdur. Ümumi məhsul buraxılışında kənd təsərrüfatı məhsullarının istehsalı 2014-cü illə müqayisədə 2015-ci ildə 4,2 faiz çox olmuşdur.
Qeyd etməyi vacib hesab edirəm ki,  Daşkəsən  rayonu ərazisində  heyvandarlığın, müxtəlif əkin sahələrinin, arıçılığın inkişaf etdirilməsi  eyni zamanda  quşçuluq və balıqçılıq  təsərrüfatlarının yaradılması cır, yabanı giləmeyvələrin emalı,  dərman bitkiləri istehsalı üçün şərait vardır.  Bu barədə təkliflər hazırlanıb aidiyyəti üzrə təqdim edilərək müvafiq işlər aparılır. 
Daşkəsən rayonu dağlıq ərazidə və sərhəd bölgəsində yerləşdiyini nəzərə alaraq  rayonda fəaliyyət göstərən  sahibkarlara eyni zamanda kənd təsərrüfatının  inkişaf etdirilməsi məqsədilə uzunmüddətli, aşağı faizli  kreditlərin verilməsinə ehtiyac vardır. 
Daşkəsən  rayon  İcra Hakimiyyətinin  Başçısı  cənab  Əhəd Abıyev nitqinin sonunda müşavirənin işinə uğurlar arzu emiş, tədbir iştirakçılarını əmin etmişdir ki, bundan sonra da  rayonun ərazisində bu sahədə  qarşıda duran vəzifələrin  yüksək səviyyədə yerinə yetirilməsi üçün  bütün lazımı tədbirlər görüləcəkdir.
Daha sonra müşavirədə  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasəti məsələləri şöbəsinin müdiri, İşçi qrupunun rəhbəri Azər Əmiraslanov çıxış edərək dövlətimizin başçısının bölgələrdə kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyduğu mühüm vəzifələrdən, bu sahəyə göstərilən dövlət qayğısından danışmışdır. İşçi qurpunun fəaliyyət istiqamətlərini müşavirə iştirakçılarına şərh edən şöbə müdiri qeyd etmişdir ki, qrup tərəfindən 40-a yaxın rayonda   kənd təsərrüfatının inkişaf perspektivləri araşdırılmış və bununla bağlı müşavirələr keçirilmişdir.
A.Əmiraslanov bildirmişdir ki, ölkədə kənd təsərrüfatının inkişafında əsaslı dönüş əldə edilməlidir. Son illərdə də bu sahəyə daha çox vəsaitin ayrıldığını müşahidə edirik. Odur ki, rayonlar üzrə imkanlar araşdırılaraq ixtisaslaşdırılma aparılmalıdır. Hansı sahə səmərəlidirsə, həmin sahəyə diqqətin yetirilməli və  ərazidə ənənələrin, potensialın, mütəxəssislərin mövcudluğunun da nəzərə alınmalı oluduğunu vurğulamışdır.
İşçi qrupunun rəhbəri Daşkəsəndə kartofçuluq və heyvandarlıqla yanaşı arıçılığın, tərəvəzçiliyin  böyük perspektivlərindən danışmış və bu gəlirli sahələrdə emal müəssisələrinin yaradılmasına ehtiyac olduğunu bildirmişdir.
Sonra müşavirə diskussiya şəraitində davam etdirilmişdir. Sahibkarların, fermerlərin və rayon sakinlərinin sualları və təklifləri cavablandırılmışdır. Müşavirədə rayonun əkinə yararlı suvarılmaya ehtiyac olan sahələrin suvarma suyu ilə təmin olunması, müasir kənd təsərrüfatı texnikalarının alınması, əkin üçün mövcud texnikanın sayının artırılması, süd məhsullarının emalı müəssisələrinin, arıçılığın inkişafı üçün əraziyə uyğun ağac növlərinin əkilməsi “Aqrolizinq” ASC-nin rayon filialının yaradılması və s. məsələlər barədə  təkliflər səsləndirilmişdir.
Verilən təkliflər araşdırılmaq və icra olunmaq üçün nəzarətə götürülmüşdür.

Keçidlər