“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Daşkəsəndə növbəti iməcilik aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq aprelin 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində növbəti iməcilik keçirilib.
İməcilik aksiyasında Daşkəsən RİH-nin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak ediblər.
İməcilik çərçivəsində Daşkəsən şəhərinin küçələrində, binaların ətrafında və yol kənarlarında təmizlik işləri aparılıb, ağaclar budanıb, yaşıllığa qulluq göstərilib, səliqə-səhman yaradılıb.
Rayon ərazisində bu cür iməciliklərin keçirilməsi və yaşıllıqların artırılması istiqamətində işlərin mütəmadi davam etdirilməsi nəzərdə tutulub.