Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNİN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ “SON ZƏNG” TƏDBİRLƏRİ KEÇİRİLİB

14 iyun 2023 | 13:24

İyunun 14-də Daşkəsən rayonun  tam orta məktəblərində ənənəvi “Son zəng” tədbirləri  bayram əhval-ruhiyyəsində qeyd olunub. Rayonun 25 ümumtəhsil məktəbinin şagirdlərindən 190 nəfəri məzun adını qazanıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin rəhbərliyi ilə tərtib edilmiş qrafikə uyğun olaraq rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıq göstərən bir qrup ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri  “Son zəng” şənliklərində iştirak ediblər.

Bütün tədbirlər Dövlət Himnimizin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, o cümlədən şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb.

Çıxışlarda vurğulanıb ki,  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikasının təhsil siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın  xalqımızın gələcəyi olan uşaqlara və gənclərə göstərdikləri diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirdikləri tədbirlər Daşkəsən rayonunda da öz əksini tapmışdır. Son illərdə rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində ən ucqar kəndlərdə lazımi avadanlıqlarla təchiz edilən yeni məktəb binaları tikilmiş, modul tipli məktəblər quraşdırılmış və təhsil müəssisələrində çalışan müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi aparılaraq məvacibləri artırılmışdır. Bu da təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərmişdir.

Nitq söyləyənlər həmçinin müəllimləri və valideynləri təbrik edərək müstəqil həyata qədəm qoyan məzunlara uğurlar arzulayıblar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını, sentyabrda məktəbə gələcək, sinif otaqlarına ilk kövrək addımlarını atacaq birincilərə isə mübarək qədəmlər diləyiblər.

Məzunlar da öz çıxışlarında hər zaman Vətənə layiqli övlad olacaqlarını qeyd ediblər.

“Son zəng” tədbirlərində nümayiş etdirilən bir-birindən maraqlı ədəbi-bədii kompozisiyalar, gənclərin inamlı çıxışları, mənalı ürək sözləri alqışlarla qarşılanıb. 

On birincilər üçün sonuncu dəfə zəng çalındıqdan sonra rəmzi "Bilik açarı"nı birinci sinif şagirdlərinə təhvil verən məzunlar məktəblərə əlvida deyiblər.

 

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər