Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNİN BAYAN KƏNDİNDƏ “ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏDƏNİ İRSİMİZİN QORUNMASINDA ROLU” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

20 iyun 2023 | 12:18

İyunun 20-də Daşkəsən Rayon İcra Hakimiyyəti ilə Bayan kənd kitabxanasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən “Milli dövlətçiliyimizin xilaskarı” və “Ümummilli Lider Heydər Əliyevin mədəni irsimizin qorunmasında rolu” mövzularında dəyirmi masa təşkil edilib.

Daşkəsən RİH-nin məsul işçilərinin, rayon mərkəzləşdirilmiş kitabxana sisteminin əməkdaşları, Bayan kənd sakinlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi dəyirmi masada əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad olunub.

Müzakirə şəraitində keçən dəyirmi masada vurğulanıb ki, mədəni yüksəlişə hər zaman önəm vermiş Ümummilli Lider Heydər Əliyev bu sahədə də böyük işlər görmüşdür. 1969-1982-ci illərdə ölkəmizdə 1155 kitabxana, 1316 mədəniyyət sarayı, klub, 44 muzey tikilib istifadəyə verilmişdir. Həmin illərdə istər klassik ədəbi irsimizin təbliği və dünya miqyasında təsdiqini tapmasında, istərsə də mədəniyyətin bir çox sahələrinin nəzərəçarpacaq inkişafında Heydər Əliyevin xidmətləri misilsizdir. Klassik Azərbaycan ədəbiyyatı, incəsənəti çoxəsrlik tariximizin məhz Heydər Əliyev dövründə onun bilavasitə dəstəyi, himayədarlığı ilə bütün dünyada tanınmış və sərhədləri aşmışdır.

Sonradan Moskvada fəaliyyət göstərdiyi dövrdə də Heydər Əliyev doğma Azərbaycanını və millətini unutmamış, ölkəmizin inkişafı və çiçəklənməsi, əhalinin rifah halının daha da yüksəlməsi üçün əlindən gələni əsirgəməmişdir. O dövrdə Azərbaycan mədəniyyətinin də inkişafı heç də təsadüfi olmamışdır. Belə ki, keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən, Sovet İttifaqının mədəniyyət üzrə bütün müəssisə və təşkilatlarına rəhbərlik edərkən Heydər Əliyev Azərbaycanın ümumittifaq və ümumdünya mədəni məkanına cəlb olunmasına çalışır, ədəbiyyatımızı, incəsənətimizi geniş təbliğ edir, dünyanı Azərbaycana, Azərbaycanı dünyaya tanıdırdı.

Heydər Əliyev o dövrdə başladığı işləri 1993-cü ildə müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra da uğurla davam etdirdi. Heydər Əliyev Azərbaycanın mədəni həyatında misilsiz yeniliklərin ideoloqu, təşəbbüsçüsü, ilhamvericisi, təşkilatçısı olmuşdur. Mədəniyyətimiz, hazırkı yüksək inkişaf səviyyəsinə və dünya xalqları tərəfindən tanınaraq sevilməsinə görə özünün himayədarı, qayğıkeşi Heydər Əliyevə minnətdar olmalıdır.

Bu gün də xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanması, mədəni irsinin yaşadılması və təbliği, eləcə də onun ümumi mədəni səviyyəsinin və dünyagörüşünün yüksəldilməsi ümdə bir məsələ olub Azərbaycan dövlətinin daim diqqəti mərkəzindədir. Prezident cənab İlham Əliyevin imzaladığı Fərman və sərəncamlarla ədəbiyyat və incəsənət xadimlərinə keçirilən yubileylər, verilən dövlət mükafatları və adları, ölkəmizin hər yerində tikilən və əsaslı təmir edilən teatr, muzey, kitabxana binaları, mədəniyyət sarayları, park və bağlar bu sahəyə olan diqqət və qayğının bariz təzahürüdür.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər