Daşkəsəndə uşaqlar üçün "Qış nağılı" adlı şənlik təşkil olunub
08 yanvar 2025 | 09:24
Yanvarın 7-də Daşkəsən Rayon İcra Hakimiyyəti uşaqlar üçün "Qış nağılı" adlı musiqili-əyləncəli şənlik təşkil edib.
Daşkəsən rayon Mədəniyyət Mərkəzində keçirilən şənlikdə yaradıcı kollektivlər maraqlı musiqili kompozisiyalarla, milli və müasir rəqslərlə uşaqların görüşünə gəliblər.
Peşəkar incəsənət ustaları illüziya şou, rəngarəng tamaşalarla yanaşı, digər sürpriz çıxışlar nümayiş etdiriblər. Əlvan şam ağacının ətrafında toplaşan uşaqlar Şaxta baba, Qar qız, klounlar və digər nağıl qəhrəmanları ilə birgə əyləniblər.
"Qış nağılı" uşaqlara xoş ovqat bəxş edib, onlara əyləncəli anlar yaşadıb.