Daşkəsəndə sudan səmərəli istifadə ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyəti və rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə rayon icra hakimiyyətinin inzibati binasında keçirilən tədbir "2024−2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın 9.2.1.3-cü, 9.3.3.2-ci və 9.3.4.1-ci bəndlərinin Daşkəsəndə icrası məqsədini daşıyıb.
Tədbirdə dünyanın bir çox ölkələrində iqlim dəyişikliyi ilə əlaqədar su ehtiyatlarının azalmasında, insanların su çatışmazlığından əziyyət çəkməsindən, ölkəmizdə əhalinin içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı dövlət səviyyəsində həyata keçirilən layihələrdən, inzibati ərazi vahidləri üzrə içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin genişləndirilməsindən, su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin rolunun artırılmasından və rayonda bu istiqamətdə icrası nəzərdə tutulan tədbirlərdən bəhs olunub. Sudan qənaətlə istifadə olunması, dünyada su ehtiyatlarının azalması barədə təhlükənin ciddiyə alınması tövsiyə edilib.