Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ SƏYYAR “ASAN XİDMƏT” FƏALİYYƏTİNİ DAVAM ETDİRİR

12 iyun 2023 | 10:47

Artıq bir neçə gündür ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayonda olan digər dövlət qurumlarının yaxından köməkliyi ilə səyyar “ASAN xidmət” avtobusu Daşkəsəndə fəaliyyət göstərir.

Daşkəsən şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında həftənin 5 iş günü saat 10:00-dan 18:00-dək xidmət göstərən “ASAN xidmət” əməkdaşları yüksək peşəkarlıqla təmsil etdikləri qurumun prinsiplərini layiqincə yerinə yetirirlər, hər bir müraciətə həssaslıqla yanaşırlar.

Xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), tərcümə xidməti, tibb xidməti və s. daxildir.

 İyunun 23-ə kimi fəaliyyəti nəzərdə tutulan səyyar “ASAN xidmət”lərdən Daşkəsən rayon sakinləri ilə yanaşı, rayonumuza yolu düşənlər də faydalanır.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 Ucqar dağ rayonu Daşkəsəndə belə bir şəraitin yaradılmasına görə “ASAN xidmət”dən yararlanan hər bir sakin razılıq hissi ilə Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirir.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər