Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə şəhid, qazi övladlarına və bir qrup azyaşlıya bayram sovqatı təqdim olunub

30 dekabr 2024 | 14:01

"AzerGold" QSC və Daşkəsən Rayon İcra Hakimiyyəti 31 Dekabr – Dünya  Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Daşkəsən rayonunun bütün kənd və qəsəbələrini əhatə edən bayram aksiyası təşkil ediblər.

İlk növbədə Vətən müharibəsi şəhidləri, müharibə əlili və sosial qayğıya ehtiyacı olan ailələrin azyaşlı övladlarına “AzerGold” QSC-nin təşəbbüsü ilə uşaqların dağ-mədən sahəsi üzrə müxtəlif peşələrə marağının artırılması üçün nəşr edilmiş “Qızıl axtarışında” adlı nağıl kitabı, müxtəlif növ şirniyyat və oyuncaqlardan ibarət boğçalar Şaxta baba tərəfindən təqdim edilib.

Bayram aksiyası azyaşlıları bayram sovqatları ilə sevindirmək, onlara xoş əhvali-ruhiyyə bəxş etmək məqsədi daşıyıb.

Keçidlər