Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “HEYVANDARLIQ SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN SAHİBKARLIQ SUBYEKTLƏRİNİN PROBLEMLƏRİNİN ÖYRƏNİLMƏSİ” MÖVZUSUNDA NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLİB

22 iyun 2023 | 14:57

İyunun 22-də Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilən görüş Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanından irəli gələn məsələlərin yerlərdə icrasını təmin etmək məqsədi daşıyıb.

Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsi müdiri Vüqar Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax Regional koordinatoru Anar Əliyev, Daşkəsən KOB dostu Muraz Məmmədov, Aqrar  Xidmətlər Agentliyinin nümayəndəsi Məhəmməd Yusubov, Daşkəsən DAİM-in direktoru Rahil Həsənov, Standartlaşdırma İnstitutunun Gəncə regional bölməsinin müdiri Rövşən Abbasov, Dövlət Məşğulluq Agentliyinin Daşkəsən rayon xidmət şöbəsinin mütəxəssisi Elvin Verdiyev, Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin, bank və kredit təşkilatlarının, rayonun aidiyyəti xidmət sahələrinin rəhbər və nümayəndələri, bir qrup sahibkar və fermerlər iştirak ediblər.

RİHB-nin müavini Vüqar Məmmədov çıxışında bildirib ki, rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli, o cümlədən aqrar sahənin inkişafı əsas vəzifə kimi qarşıya qoyularaq müvafiq tədbirlərin görülməsi ardıcıl davam etdirilir. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən rayonda kənd təsərrüfatına dair bütün məsələlərin icra vəziyyəti daim nəzarətdə saxlanılır və ötən dövr ərzində görülmüş təsirli tədbirlər sayəsində əsaslı dəyişikliklər və müsbət nəticələr əldə olunmuşdur.  

KOBİA-nın Gəncə-Qazax regional koordinatoru Anar Əliyev isə çıxışında aqrar sahibkarlığın inkişaf etdirilməsi, heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsi, fermer və kənd təsərrüfatı istehsalçılarının bazarla əlaqə imkanlarının genişləndirilməsi məqsədi ilə onlara dövlət dəstəyinin göstərilməsi, nəzərdə tutulan kredit və digər əlverişli güzəştlərdən səmərəli istifadə olunması mövzularında ətraflı məlumat verib.

Mövzuya dair digər çıxışlardan sonra Daşkəsəndə heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinin aradan qaldırılması, subsidiyaların əlçatanlığının təmin edilməsi və digər aktual məsələlər ətrafında səmərəli müzakirələr aparılıb, sahibkarları və fermerləri maraqlandıran suallar cavablandırılıb, müraciətləri qeydiyyata götürülüb.

Sonda sahibkarlara və fermerlərə məlumatlandırıcı materiallar paylanıb.

 

Elmar Əliyev - Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər