DAŞKƏSƏNDƏ ƏT SATIŞI MƏNTƏQƏLƏRİNDƏ NÖVBƏTİ MONİTORİNQ KEÇİRİLİB
İyunun 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Qida Təhlükəsizliyi Agentliyinin və Rayon Polis Şöbəsinin məsul əməkdaşlarının birgə iştirakı ilə Daşkəsən şəhərində fəaliyyət göstərən ət satışı məntəqələrində sanitar vəziyyətin qiymətləndirilməsi, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, mövcud norma və qaydalara əməl olunmasına nəzarət məqsədilə növbəti monitorinq keçirilib.
Nəzarət tədbirləri çərçivəsində qanunsuz heyvan kəsimi və baytar-sanitar ekspertizadan keçmədən ət satışı aşkar edilməyib.
Monitorinqdə ət satışı ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunub, maarifləndirmə və izahat işləri aparılıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini