Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair 2024-cü il üzrə hesabatın müzakirəsi keçirilib

09 yanvar 2025 | 16:09

Yanvarın 9-da Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sahib Əhmədov tərəfindən RİHBA-da və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə inzibati vəzifə daşıyan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatın müzakirəsi aparılıb.

İclas Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 2.3-cü yarımbəndinin icrası ilə əlaqədar təşkil olunub.

S.Əhmədov dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər barədə məlumat verib.

Müzakirənin yekununda təlimlərə tələbatları müəyyən edilən dövlət qulluqçularının cari ildə əlavə təhsilə və təlimlərə cəlb edilməsi, həmçinin yüksək nəticə göstərən dövlət qulluqçularının mükafatlandırılması qərara alınıb, suallar cavablandırılıb.

Keçidlər