Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ BƏRK MƏİŞƏT TULLANTILARININ İDARƏOLUNMASI VƏ ƏHALİ ARASINDA EKOLOJİ MAARİFLƏNDİRMƏNİN APARILMASI İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLİB

21 iyun 2023 | 11:53

İyunun 21-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən müşavirədə RİH-nin məsul işçiləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr, Kommunal Müəssisələri Kombinatının və Yaşıllaşdırma idarəsinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanovun sədrliyi ilə keçirilən müşavirədə rayonda mövcud olan ekoloji problemlər və onların həlli istiqamətində müzakirələr aparılıb. Əsasən atmosfer havasının çirklənməsi üzrə monitorinqlərin aparılması, necə gəldi atılan məişət tullantıların qarşısının alınması, su hövzələrinin və çay yataqlarının tullantılardan qorunması, bərk məişət tullantılarının düzgün idarə olunması, bu sahədə maddi-texniki bazanın gücləndirilməsi, tullantı poliqonlarının infrastrukturunun müasirləşdirilməsi və zərərsizləşdirilməsi, yeni yaşıllıq sahələrinin miqyasının genişləndirilməsi və quru ağacların yerində yenilərinin əkilməsi kimi məsələlər diqqət mərkəzinə çəkilib.

Müşavirədə həmçinin ərazidə ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılması, ekoloji maarifləndirmə istiqamətində görülən işlərə dair məruzələr dinlənilib. Məruzələrdə vurğulanıb ki, rayonda ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır. Bu sahədə müvafiq işlərin görülməsi davam etdirilməlidir.

Habelə yay mövsümündə rayonun Xoşbulaq kəndinə istirahətə gələn əsasən Gəncə şəhər sakinləri və digər yerlərdən olan çoxsaylı bəzi qonaqlar tərəfindən sanitariya, ekologiya, ətraf mühitin mühafizəsi üzrə norma və qaydalar pozulur və bunun nəticəsində də əmələ gələn tullantıların idarə olunmasında çətinliklər yaranır. Odur ki, ətraf mühitin təmiz olması üçün əhali arasında ekoloji maarifləndirmənin aparılması və bu sahədə Rayon Polis Şöbəsi tərəfindən nəzarət tədbirləri daha da gücləndirilməlidir.

Müzakirələrin sonunda qarşıda duran vəzifələr müəyyən edilib, aidiyyəti tapşırıqlar verilib.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini   

Keçidlər