Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Azərişıq” ASC-nin yaradılmasının 10 illiyi qeyd olunub

07 fevral 2025 | 12:42

Fevralın 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Daşkəsən Elektrik Şəbəkəsinin rəisi Tural Həsənov və Şöbənin əməkdaşları “Azərişıq” ASC-nin yaradılmasının 10 illiyi münasibətilə Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.

İcra başçısı Orxan Abbasov “Azərişıq” ASC-nin yaradılmasının 10 illiyi münasibətilə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov başda olmaqla cəmiyyətin bütün əməkdaşlarını, “Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Daşkəsən Elektrik Şəbəkəsinin işçilərini təbrik edib, xoş arzularını çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılmaqla Azərbaycan Respublikası ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi “Azərişıq” ASC-yə həvalə edilib.

 

 

Keçidlər