Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “20 Yanvar – tariximizin qəhrəmanlıq səhifəsidir” adlı rayon üzrə şahmat turniri başa çatıb

18 yanvar 2025 | 12:50

16-17 yanvar tarixlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman Sektorunun və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rayon üzrə şahmat birinciliyi keçirilib.

Yarışın keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin xatirəsini anmaq, yeniyetmə və gənclərə vətənpərvərliyi, əzmkarlığı, sağlam həyat tərzini aşılamaq, istedadlı şahmatçıları üzə çıxarmaq, şahmat idman növünü rayonda kütləviləşdirmək, şahmatçılar arasında idman və dostluq əlaqələrini inkişaf etdirməkdən ibarət olub.

Turnirin bağlanış mərasimində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daşkəsən RİHBA-nın məsul əməkdaşı Elxan Hüseynzadə 20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixinə çevrildiyini deyib. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən  gecə sovet ordusu tərəfindən günahsız insanlar amansızcasına qətlə yetirildi, xalqımıza böyük zərbə vuruldu. Buna baxmayaraq xalqımız əyilmədi, azğınlaşmış sovet qoşunlarının qarşısında  mübarizliyini, qəhrəmanlığını bir daha nümayiş etdirdi. E.Hüseynzadə çıxışında Ümummilli Lider Heydər Əliyevin faciənin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi misilsiz xidmətlərdən söz açıb.

Vurğulayıb ki, məhz  Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə 20 Yanvar qətliamına hüquqi-siyasi qiymət verildi, 20 Yanvar şəhidlərinin xatirəsi əbədiləşdirildi.

Daşkəsən rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Samir Həsənov isə qeyd edib ki, Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq 20 Yanvar faciəsi heç vaxt yaddaşlardan silinməyəcək. Sovet hakimiyyəti 20 Yanvar qırğını ilə Azərbaycan xalqının iradəsini qırmaq, azad yaşamaq arzusuna görə ona cəza vermək niyyətində olsa da, bunu bacara bilmədi. 20 Yanvar hadisəsi xalqımızın Vətənə, torpağa sədaqətini, müstəqillik və suverenlik uğrunda mübarizəsini bütün dünyaya göstərən tariximizin şərəfli bir səhifəsi, qəhrəmanlıq salnaməsidir.

Beynəlxalq şahmat qaydaları əsasında keçirilən birincilikdə 8 komanda olmaqla 32 şahmatçı qüvvəsini sınayıb.

Qalib komandalar Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən medal və diplomlarla təltif edilib.  

Keçidlər