Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr edilmiş rəsm sərgisi keçirilib və sənədli film nümayiş olunub

18 yanvar 2025 | 12:30

Yanvarın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən rayonu üzrə mədəniyyət nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində keçirilən 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbirdə faciə zamanı ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi anılıb, onların şərəfli ömür yolundan və qəhrəmanlığından danışılıb. Eyni zamanda “20 Yanvar – qanlı tariximiz” adlı sənədli film nümayiş etdirilib.

Mərkəzin foyesində təşkil olunan “20 Yanvar faciəsi: Azərbaycan xalqını müstəqilliyə və suverenliyə apar yol” adlı tematik sərgidə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən rəsmlərə baxış keçirilib.

Qeyd edək ki, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş “20  Yanvar faciəsinin otuz beşinci ildönümünün Daşkəsən rayonunda keçirilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinə həsr edilən müxtəlif silsilə tədbirlər keçirilir.

 

Keçidlər