DAŞKƏSƏNDƏ 15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT PROQRAMI KEÇİRİLİB
İyunun 15-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən müasir Azərbaycan tarixində əlamətdar günlərdən biri olan 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə konsert proqramı təşkil olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, gül dəstələri düzülüb. Sonra Daşkəsən rayon Heydər Əliyev Mərkəzinə baxış keçirilib.
Daşkəsən şəhər Heydər Əliyev meydanında açıq havada baş tutan bayram tədbirində 15 İyun – Milli Qurtuluş Gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Konsert proqramında yerli müğənnilərin ifasında Ulu Öndər Heydər Əliyevə və müstəqil Vətənimizə aid mahnılar ifa olunub.
Tamaşaçılar çıxışları alqışlarla qarşılayaraq konsertdən xoş əhval-ruhiyyə ilə ayrılıblar.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini