Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində vətəndaşlarla növbəti görüş keçirilib

30 dekabr 2024 | 14:22

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi  2024-cü ilin yekunlarına dair Daşkəsən şəhərində vətəndaşlarla görüş təşkil edib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, QSC-nin KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, “Daşkəsən Dəmir Filiz” MMC-nin KSM Komitəsinin sədri İlqar Cəlilov, Daşkəsən şəhəri, rayonun Quşçu, Çovdar və digər kəndlərindən olan sakinlər iştirak ediblər.

Əvvəlcə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İştirakçılara 2024-cü il ərzində “AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı çərçivəsində icra edilmiş və 2025-ci ildə icrası nəzərdə tutulan sosial və ekoloji layihələr barədə məlumat verilib. Qeyd olunub ki, 2024-cü il ərzində Cəmiyyət tərəfindən “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək”, “Qırmızı Kitab”a düşmüş nadir və nəsli kəsilməkdə olan bitkilərin mühafizəsi və təbiətə reintroduksiyası”, “Təmiz Daşkəsən”, “Kitab köşkü”,  “Xəzinə” muzey ekspozisiyasının yaradılması”  kimi bir sıra uğurlu layihələr, həmçinin 7 sosial aksiya həyata keçirilib. 2025-ci ildə isə sosial məsuliyyətlilik prinsipi əsasında təhsil, sağlamlıq, inklüziv inkişaf, infrastruktur layihələri, kənd təsərrüfatının inkişafı, ətraf mühit və digər istiqamətlər üzrə layihələrin icra ediləcəyi vurğulanıb.

Sonra vətəndaşların müraciətləri dinlənilib, irəli sürülən təşəbbüslər ətrafında müzakirələr aparılıb. Habelə vətəndaşların müraciətləri icra edilməsi üçün qeydiyyata alınıb.

Sonda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bir qrup rayon sakininə bayram sovqatı təqdim olunub.

Keçidlər