Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda 20 Yanvar faciəsinin 35-ci ildönümnə həsr olunan tədbir keçirilib

20 yanvar 2025 | 15:03

Yanvarın 20-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş yığıncaqda rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov yığıncaqda dərin məzmunlu geniş məruzə ilə çıxış edib. Rayon rəhbəri məruzəsində vurğulayıb ki, 35 il əvvəl başlayan çətin, məşəqqətli və şərəfli yol xalqımızı 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyinə qovuşdurdu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunmuşdur. Azərbaycanın Dövlət Bayrağı ölkəmizin hər bir guşəsində qürurla dalğalanır. Xalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü indi xüsusi qürur hissi və başucalığı ilə qeyd edir, hər zaman igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla anır. Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı  xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı-şərəfli salnaməsinə çevrilmişdir. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, suverenliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır. 

Məruzə ətrafında çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Daşkəsən rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru Sevil Ələsgərova, gənc fəal Gunay Mirzəzadə 20 Yanvar faciəsinin  xalqımızın qəhrəmanlıq tarixində  mühüm rol oynadığını bildiriblər və bu faciəli hadisələrə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini qeyd ediblər.

Sonda  “20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında Ulu Öndər Heydər Əliyevin böyük rolu” adlı sənədli filmə baxış keçirilib.

Keçidlər