Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Ələkbərov Elman Məcid oğlunu Fəxri Fərmanla təltif edib

15 yanvar 2025 | 12:10

Daşkəsən Rayon İcra Hakimiyyətində RİHBA-nın Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Ələkbərov Elman Məcid oğlunun çalışmanın son yaş həddinin başa çatması və  anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov doğum günü münasibətilə Elman Ələkbərovu təbrik edib, ona xoş arzularını çatdırıb. Vurğulayıb ki, Elman Ələkbərov fəaliyyəti dövründə öz üzərinə düşən məsul vəzifələri vicdanla yerinə yetirmişdir. O, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı ilə fəqlənən, insanlarla rəftarı, yüksək və mənəvi keyfiyyətləri ilə dərin hörmət qazanan, dövlət maraqlarını daim uca tutan ziyalı kimi tanınır.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun müvafiq sərəncamı ilə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə Elman Ələkbərov Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub. İcra başçısı Orxan Abbasov Fəxri Fərmanı Elman Ələkbərova təqdim edib və ona qiymətli hədiyyə verib.

Elman Ələkbərov göstərilən etimada və barəsində səsləndirilən xoş fikirlərə görə təşəkkür edərək, dövlət  mənafelərinin qorunması üçün ictimai fəallığını bundan sonra da davam etdirəcəyini bildirib.

Keçidlər