Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 27.01.2025-ci il tarixdə Əmirvar kəndində vətəndaşların səyyar qəbulunu keçirib

27 yanvar 2025 | 17:28

Yanvarın 27-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Əmirvar kəndində keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov qəbulu giriş nitqi ilə açaraq bildirib ki, möhtərəm  Prezident cənab İlham Əliyevin tapşırığı ilə rayonun hər bir yaşayış məntəqəsində vətəndaşlarla  keçirilən qəbulların məqsədi əhalini narahat edən problemlərin öyrənilməsi, rayon səviyyəsində həlli mümkün müraciətlərin yerində həlli, mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətləri çərçivəsində olan müraciətlərin isə ümumiləşdirilərək aidiyyəti qurumlar qarşısında qaldırılmasıdır. Rayon rəhbəri çıxışında diqqətə çatdırıb ki, ötən dövrlərdə Əmirvar kənd inzibati ərazi vahidliyində bütün potensial imkanlar nəzərə alınmaqla bir sıra layihələr icra olunmuş, habelə ötən il intensiv dolu və sel sularının səbəb olduğu təbii fəlakətin vurduğun ziyanlar daxili imkanlar hesabına aradan qaldırılmış, sakinlərin müraciətlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülmüşdür.

Sonra vətəndaşların müxtəlif mövzularda müraciət və təklifləri dinlənilib.

İcra başçısı Orxan Abbasov müraciətlərin həllinə dair tapşırıq və tövsiyələrini verib. Bəzi müraciətlər yerində həll edilib, bəziləri də aidiyyəti üzrə çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb. 

Qəbulda iştirak edən Əmirvar kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər