Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 25.12.2024-cü il tarixdə Daşkəsən şəhərində vətəndaşların səyyar qəbulunu keçirib

25 dekabr 2024 | 16:15

 

Dekabrın 25-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Daşkəsən şəhərində vətəndaşlarla keçirdiyi səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Geniş tərkibli görüşü giriş nitqi ilə açan icra başçısı Orxan Abbasov Daşkəsən şəhər sakinlərini salamladıqdan və qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanılılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdikdən sonra deyib: “Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdəki daxili sabitliyə, aparılan uğurlu xarici siyasətə, respublikamızın hərtərəfli sosial-iqtisadi və mədəni inkişafına, son 21 ilin statistikasına və misilsiz xidmətlərin xronikasına baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu inkişaf mənzərəsi tükənməz qürur və iftixar hissi ilə hər bir kəsin gözü önündə canlansın. Ulu Öndərimizin əbədiyaşar ideyalarını yüksək səviyyədə həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva ilə birgə apardıqları şərəfli ali dövləti fəaliyyətlərində bundan sonra da yeni-yeni nailiyyətlərə, qələbələrə imza atacaqlar. Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın Daşkəsən rayonuna daim göstərdikləri diqqət və qayğı hər zaman biz daşkəsənlilərin böyük sevincinə və ruh yüksəkliyinə səbəb olur”.

Rayon rəhbəri Orxan Abbasov 2024-cü ildə Daşkəsən Rayon İcra Hakimiyyəti ilə rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələrinin qarşılıqlı etimada əsaslanan səmərəli fəaliyyəti əsasında sakinlərin problemlərinin həlli istiqamətində əldə edilmiş uğurlu nəticələr, habelə Daşkəsən şəhərində aparılan abadlıq-quruculuq işləri, nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. İcra başçısı çıxışının sonunda vurğulayıb: “2025-ci ildə, qarşıda bizi mühüm, daha məsuliyyətli vəzifələr gözləyir. Biz ölkə rəhbərimiz cənab İlham Əliyevi bir daha əmin edirik ki, verilən bütün tapşırıq və tövsiyələri bundan sonra da əzmkarlıqla yüksək səviyyədə vaxtında yerinə yetirəcəyik. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Daşkəsən rayonunu ölkəmizə iqtisadi gəlir gətirəcək pilot rayonlardan birinə çevirəcəyik. Əlbəttə, qazanılmış bütün nailiyyətlər möhtərəm Prezident cənab İlham Əliyevin uğurlu fəaliyyəti ilə bilavasitə bağlıdır”.

Daha sonra sakinlərin müraciətlərini dinləyən Orxan Abbasov qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Qəbulda çıxış edən sakinlər Daşkəsən şəhərində aparılan abadlıq-quruculuq, yaşıllaşdırma işlərini, şəhər daxili yolların asfaltlanmasını, istinad divarlarının bərpa edilməsini və hər bir müraciətlərinə bəslənən həssas münasibəti yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər