Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 22.01.2025-ci il tarixdə Kəmərqaya kəndində vətəndaşların səyyar qəbulunu keçirib

22 yanvar 2025 | 15:05

Yanvarın 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə Kəmərqaya kəndində vətəndaşların səyyar qəbulunu keçirib.

Səyyar qəbulu giriş nitqi ilə açan icra başçısı Orxan Abbasov möhtərəm Prezident cənab İlham Əliyevin göstərişi ilə yerlərdə sakinlərlə görüşlərin mütəmadi olaraq keçirildiyini və vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıq və tövsiyələrinin Daşkəsən rayonunda daim diqqət mərkəzində saxlanıldığını bildirib.

Sonra kənd sakinlərinin müraciət və təklifləri dinlənilib.

İcra başçısı Orxan Abbasov müraciətlərin icrasına dair aidiyyəti üzrə tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də araşdırılması üçün nəzarətə götürülüb.

Qəbulda iştirak edən Kəmərqaya kənd sakinləri görülən işlərə, yaradılan şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər