Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 13.02.2025-ci il tarixdə Qabaqtəpə kəndində vətəndaşların səyyar qəbulunu keçirib

13 fevral 2025 | 17:32

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlarla açıq və operativ ünsiyyətin qurulması, onların müraciətlərinin yerində dinlənilməsi və həll edilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Qabaqtəpə kəndində keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.  

İcra başçısı Orxan Abbasov giriş nitqində deyib ki, möhtərəm Prezident cənab İlham Əliyevin bütün sahələrdə uğurla həyata keçirdiyi islahatlar, idarəetmənin təkmilləşdirilməsi, qeyri neft-qaz sektorunun inkişafı, kənd təsərrüfatına və sahibkarlığa dəstək proqramları güclü müasir iqtisadiyyat qurmaq və vətəndaşların həyat səviyyəsini daha da yüksəltmək məqsədi daşıyır. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanın beynəlxalq arenada mövqeyi möhkəmlənir, ölkədə sabitlik və rifah təmin edilir. Vətəndaşların dəstəyi bu prosesdə mühüm rol oynayır. Prezident cənab İlham Əliyevin siyasətində vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzindədir. Bu çərçivədə əməkhaqları, pensiya və müavinətlər artırılıb, aztəminatlı ailələrə dəstək tədbirləri genişləndirilib, şəhid ailələri və qazilər xüsusi qayğı ilə əhatə olunublar.

Sonra sakinlərin müraciətləri dinlənilib.

Rayon rəhbəri Orxan Abbasov hər bir vətəndaşı ayrılıqda dinləyərək qaldırılan məsələlərin icrasına dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib, digərləri də araşdırıması üçün nəzarətə götürülüb. İcra başçısı Orxan Abbasov vətəndaşlara hər zaman göstərilən dövlət qayğısını bir daha vurğulayaraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini qeyd edib.  

Qəbulda iştirak edən Qabaqtəpə kənd sakinləri səyyar qəbulun təşkilinə, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər