Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 08.01.2025-ci il tarixdə Bayan kəndində vətəndaşların səyyar qəbulunu keçirib

08 yanvar 2025 | 15:23

Yanvarın 8-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin və sakinlərin iştirakı ilə Bayan kəndində vətəndaşların səyyar qəbulunu keçirib.  

İcra başçısı Orxan Abbasov sakinlər qarşısında çıxış edərək bildirib ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında yola saldığımız 2024-cü ildə də ölkəmizin uğurları davam etmiş, iqtisadi inkişafın dayanaqlığı təmin olunmuş, xalqımız əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Qazax rayonunun 4 kəndi bir güllə atılmadan siyasi yolla geri qayratılmışdır. Qarabağda və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri davam etdirilmiş və 10 minə yaxın keçmiş məcburi köçkün ata-baba yurdlarına qayıtmışdır. Prezident cənab İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində ölkəmizdə sənayeləşmə templəri yüksəlmiş, müasir və yeni sənaye müəssisələri, istehsal sahələri yaradılmış, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artmış, ixracın həcmi yüksəlmişdir. Nəticədə ölkəmizin strateji valyuta ehtiyatları hazırda 72 milyard dollardan çoxdur. Ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində artım 7 faizdən çox olmuşdur. Müstəqillik tariximizin ən böyük beynəlxalq tədbiri COP29 iqlim konfransı uğurla keçirilmişdir. Eyni zamanda ölkəmizdə sosial sahədə çox böyük təşəbbüslər reallaşdırılmışdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bütün bu nailiyyətlər qarşıdakı illərdə də ölkəmizin daha böyük uğurlara imza atacağına möhkəm zəmin və dərin inam yaradır.

İcra başçısı Orxan Abbasov həmçinin Daşkəsəndə aparılan abadlıq-quruculuq işləri, nəzərədə tutulan layihələr, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Sonra vətəndaşların müraciətləri dinlənilib.

Rayon rəhbəri qaldırılan məsələlərin icrası üçün aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib. Araşdırılmasına ehtiyac olan və həlli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər nəzarət qaydasında qeydiyyata götürülüb.

Qəbulda iştirak edən Bayan kənd sakinləri ölkəmizdə, o cümlədən Daşkəsən rayonunda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər