Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 05.02.2025-ci il tarixdə Daşkəsən qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib

05 fevral 2025 | 16:56

Fevralın 5-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Daşkəsən qəsəbəsində keçirdiyi səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və qəsəbə sakinləri iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən icra başçısı Orxan Abbasov möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da gücləndiyini, əldə edilən davamlı iqtisadi və siyasi uğurlar nəticəsində ölkəmizdə əhalinin həyat səviyyəsinin yaxşılaşdığını diqqətə çatdırıb. Vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

İcra başçısı Orxan Abbasov Daşkəsən qəsəbəsində görülən abadlıq-quruculuq işləri, o cümlədən nəzərədə tutulan layihələr barədə məlumat verib. Qeyd edib ki, ötən dövrdə Daşkəsən qəsəbə tam orta məktəbinin binası yenidən tikilib, Daşkəsən qəsəbə ümumi orta məktəbinin modul tipli binası quraşdırılaraq istifadəyə verilib, uşaq bağçası təmir edilib, ərazi qazlaşdırılıb, elektrik və su təchizatı yaxşılaşdırılıb. Qəsəbəyə gələn avtomobil yolu asfaltlanıb. Bütün potensial imkanlar nəzərə alınmaqla qəsəbə sakinlərinin məşğulluğunun artırılması, sosial problemlərinin həll edilməsi daim diqqət mərkəzində saxlanılır.

Qəbulda həmçinin Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platformasının əlçatanlıq və üstünlükləri sakinlərin diqqətinə çatdırılıb, onlara https://rih.gov.az/ platformasından istifadə etmələri tövsiyə olunub.

Sonra qəsəbə sakinlərinin müxtəlif mövzularda müraciət və təklifləri dinlənilib.

İcra başçısı Orxan Abbasov qaldırılan məsələlərin həllinə dair tövsiyə və tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib, bir qismi də araşdırılması, yaxud aidiyyəti üzrə çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.

Qəbulda iştirak edən Daşkəsən qəsəbə sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildiriblər.

Keçidlər