Daşkəsən Rayon İcra Hakimiyyətində 24.01.2025-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
24 yanvar 2025 | 13:53
Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında hər həftə olduğu kimi, bu dəfə də qəbula gələn vətəndaşların müraciət və təklifləri yüksək həssaslıqla dinlənilib.
Rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov səsləndirilən məsələlərin icrasına dair tapşırıq və tövsiyələrini verib.
Müxtəlif mövzularda olan müraciətlərin bir qismi yerində həll olunub, əlavə araşdırma tələb edən məsələlər isə məsul şəxslərin iştirakı ilə müzakirə edilərək, aidiyyəti üzrə çatdırılması üçün nəzarətə götürülüb.