Daşkəsən Rayon İcra Hakimiyyətində 17.01.2025-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirilib
17 yanvar 2025 | 17:05
Yanvarın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edərək, müraciət və təkliflərini dinləyib. Qəbulda RİHBA-nın məsul əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri də iştirak edib.
Qəbula gələn sakinləri ayrılıqda dinləyən icra başçısı Orxan Abbasov qaldırılan məsələlərin nəzarətə götürüldüyünü, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.