Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətində 14.02.2025-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirilib

14 fevral 2025 | 14:05

Fevralın 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul əməkdaşlarının, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə sakinləri qəbul edib, onların müxtəlif məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib. Yerində həll edilə bilən məsələlər icra olunub, əlavə araşdırma tələb edən müraciətlər isə müvafiq dövlət qurumlarına yönləndirilməsi məqsədilə nəzarət qaydasında qeydiyyata götürülüb.   

Qeyd edək ki, Daşkəsən rayonunda fəaliyyət göstərən dövlət qurumları ilə vətəndaşlar arasında əlaqə yaratmaq, vətəndaşların müraciətlərini dinləmək və həllinə dair tədbirlər görmək üçün Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun rəhbərliyi ilə hər həftənin cümə günü icra hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulu təşkil olunur, eyni zamanda burada vətəndaşlar icra hakimiyyətinin, o cümlədən digər yerli qurumların rəhbərləri ilə birbaşa görüşmək imkanı əldə edirlər. Qəbul günləri rayonda dövlət orqanları ilə vətəndaşlar arasında etibarlı bir əlaqə olmaqla vətəndaşların dövlət xidmətlərinə etimadını artırır və onların problemlərinin daha sürətli həllinə şərait yaradır.

 

Keçidlər