Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətində 07.02.2025-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirilib

07 fevral 2025 | 14:00

Fevralın 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov icra hakimiyyətinin inzibati binasında RİHBA-nın məsul əməkdaşlarının, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçirdiyi qəbulda sakinlərin müxtəlif məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib. Yerində həll edilə bilən məsələlər icra olunub, əlavə araşdırma tələb edən müraciətlər isə müvafiq dövlət qurumlarına yönləndirilməsi üçün qeydiyyata götürülüb.   

Qeyd edək ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun rəhbərliyi ilə vətəndaşların problemlərinin həlli, onların təklif və müraciətlərinin dinlənilməsi istiqamətində öncədən müəyyən edilmiş qrafik əsasında mütəmadi olaraq yalnız inzibati binada deyil, həmçinin kənd və qəsəbələrdə qəbul günləri təşkil edilir. Vətəndaş qəbulları rayonun yerli idarəetmə qurumlarının fəaliyyətində də mühüm yer tutur. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayonun bütün yaşayış məntəqələrində həyata keçirilən bu görüşlər əhali ilə dövlət orqanları arasında şəffaf və açıq dialoqu, həmçinin vətəndaş məmnunluğunu təmin edir, vətəndaş-məmur münasibətlərinin daha sağlam və effektiv qurulmasına xidmət göstərir, rayonun inkişafına töhfə verir.

               

Keçidlər