30.01.2025-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən Şuranın növbəti iclasında gündəliyə uyğun olaraq “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin 2024-cü ildən keçən müddət ərzində həqiqi hərbi xidmətə çağırışla bağlı gördüyü işlər” müzakirə olunub.
İclasda Şura üzvləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqi ilə çıxış edərək gündəlikdəki məsələnin aktuallığını vurğulayıb və rayonda hərbi qeydiyyatın düzgün aparılması, çağırış prosesinin vaxtında və qanunauyğun təşkilinin təmin edilməsi, səfərbərliklə bağlı lazımi resursların səfərbərliyə daim hazır vəziyyətdə saxlanması, gənclərin müddətli həqiqi hərbi xidmətə çağırılması, habelə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə diqqətin artırılması və bu sahədə tədbirlərə geniş yer verilməsi, o cümlədən qarşıda duran digər mühüm vəzifələri diqqətə çatdırıb.
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin 2024-cü ildən keçən müddət ərzində həqiqi hərbi xidmətə çağırışla bağlı gördüyü işlər” haqqında RİHBA-nın Hüquq şöbəsinin müdiri Ruslan Məmmədəliyevin hazırladığı arayış dinlənilib.
Məruzə ətrafında çıxış və müzakirələrdən sonra Şura iclasının qərarı qəbul olunub.
Sonda icra başçısı Orxan Abbasov nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.