Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

“Ucqar Ərazilərdə Tibbi Xidmətlər” layihəsinə əsasən Daşkəsəndə keçirilən əhalinin tibbi müayinəsi başa çatıb

08 sentyabr 2025 | 12:21

Sentyabrın 4-dən 6-dək Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə icra etdikləri “Ucqar Ərazilərdə Tibbi Xidmətlər” layihəsi çərçivəsində keçirilən tibbi müayinə günləri başa çatıb.  

3 gün ərzində 923 nəfər rayon sakini icbari tibbi sığortanın Xidmətlər Zərfinə uyğun olaraq müxtəlif tibbi xidmətlərdən faydalanıb. Peşəkar həkim briqası tərəfindən sakinlərin pediatriya, endokrinologiya, nevrologiya, oftalmologiya, kardiologiya, terapiya, radiologiya sahələrində müayinələri aparılıb, laborator analizlər və digər prosedurlar olmaqla, ümumilikdə 2350 tibbi xidmət göstərilib.

Müayinələrdən razı qalan Daşkəsən rayon sakinləri əhalinin sağlamlığının qorunmasına hər zaman göstərdikləri diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

 

Keçidlər