Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

“Təmiz Xoşbulaq” layihəsinin icrasına başlanılıb

30 iyun 2026 | 17:11

Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi və Daşkəsən şəhər Kommunal Müəssisləri Kombinatının təşkilatçılığı ilə “Təmiz Xoşbulaq” layihəsinin icrasına start verilib.

Xoşbulaq Daşkəsənin təbii gözəllikləri və əlverişli iqlimi ilə seçilən, turistlərin tez-tez üz tutduğu istirahət məkanlarından biridir. “Təmiz Xoşbulaq” layihəsinin məqsədi kənddə ekoloji vəziyyətin yaxşılaşdırılması, məişət tullantılarının düzgün idarə olunmasının təşviqi, təmizlik mədəniyyətinin formalaşdırılması və Xoşbulağın turizm potensialına uyğun  təmiz, səliqəli yaşayış mühitinin təmin olunmasıdır.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov layihənin gedişatı ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Layihə çərçivəsində Xoşbulaq kəndi ərazisində genişmiqyaslı təmizlik aksiyası da keçirilib. Kənd ərazisi məişət tullantılarından və digər çirkləndirici qalıqlardan təmizlənib, sanitar vəziyyət yaxşılaşdırılıb.

Həmçinin 9 müxtəlif nöqtədə məişət tullantıları üçün yeni konteynerlər yerləşdirilib. Daşkəsən şəhər Kommunal Müəssisləri Kombinatı tərəfindən tullantıların ərazidən mütəmadi qaydada daşınması təmin ediləcək.

Sakinləri və kəndə gələn qonaqları ətraf mühitə həssas yanaşmağa, məişət tullantılarını yalnız bunun üçün ayrılmış konteynerlərə atmağa, təmizliyin qorunmasına həssas yanaşmağa çağırırıq. Təmiz və sağlam ətraf mühitin qorunması hər bir vətəndaşın məsuliyyətidir.

Keçidlər