Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Səyyar “ASAN xidmət” Daşkəsəndə

02 iyun 2025 | 16:31

İyunun 2-dən Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayonda olan digər dövlət qurumlarının yaxından köməkliyi ilə səyyar “ASAN xidmət” avtobusu Daşkəsəndə fəaliyyətə başlayıb.

Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin qarşısında həftənin 5 iş günü saat 10:00-dan 17:00-dək xidmət göstərən “ASAN xidmət” əməkdaşları yüksək peşəkarlıqla təmsil etdikləri qurumun prinsiplərini layiqincə yerinə yetirirlər, hər bir müraciətə həssaslıqla yanaşırlar.

Xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu),  tibb xidməti (qan qrupu, boy və göz rənginin təyini üçün) və s. daxildir.

İyunun 25-nə kimi fəaliyyəti nəzərdə tutulan səyyar “ASAN xidmət”dən Daşkəsən rayon sakinləri ilə yanaşı, rayonumuza səfər edənlər də faydalana bilər.

Səyyar “ASAN xidmət”dən yararlanan Daşkəsən rayon sakinləri Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

 

Keçidlər