Səyyar “ASAN xidmət” Daşkəsəndə fəaliyyətə başlayıb
İyunun 2-dən Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən digər dövlət qurumlarının dəstəyi ilə səyyar “ASAN xidmət” avtobusu Daşkəsən rayonunda vətəndaşlara xidmət göstərir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov səyyar “ASAN xidmət” avtobusunda yaradılmış şəraitlə tanış olub, vətəndaşlara göstərilən xidmətlərin təşkili və icrası ilə maraqlanıb. Həmçinin vətəndaş müraciətlərinə baxılması prosesini izləyib.
Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin qarşısında həftənin beş iş günü saat 10:00-dan 17:00-dək xidmət göstərən səyyar “ASAN xidmət” avtobusu vətəndaşların dövlət xidmətlərindən rahat və səmərəli şəkildə yararlanmasına imkan yaradır.
İyunun 25-dək fəaliyyət göstərəcək səyyar “ASAN xidmət”dən Daşkəsən rayon sakinləri ilə yanaşı, rayonumuza səfər edənlər də faydalana bilər.
Səyyar “ASAN xidmət”dən yararlanan Daşkəsən rayon sakinləri Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyavaya minnətdarlıqlarını bildirirlər.






