Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Sentyabrın 29-da Daşkəsənli Vətən müharibəsi şəhidləri Eşqin Bağırovun anım və Orxan Şıxıyevin doğum günləri qeyd olunub

29 sentyabr 2026 | 18:37

Sentyabrın 29-da Vətən müharibəsi şəhidləri kiçik çavuş Bağırov Eşqin Rafiq oğlunun şəhadətinin 6-cı ildönümü Xoşbulaq kəndində və əsgər Şıxıyev Orxan Raqif oğlunun 37-ci doğum günü Daşkəsən Şəhidlər Xiyabanında məzarları başında qeyd olunub.

Anım mərasimlərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİHBA-nın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin yaxınları, şəhid valideynləri, qazilər, sakinlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhuna dualar oxunub, məzarlarına gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb.

İcra başçısı Orxan Abbasov şəhidlərin ailələrinə bir daha dərin hüznlə başsağlığı verib, şəhidlərin şərəfli həyatından və döyüş yolundan söz açıb.

Şəhidlərin valideynləri ailələrinə hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər