"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Daşkəsəndə 28 May – Müstəqillik Gününə həsr olunan intellektual yarış keçirilib
Mayın 25-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunan rayon gəncləri arasında intellektual yarış baş tutub.
Yarışın keçirilməsində məqsəd 28 May – Müstəqillik Gününü qeyd etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etmək olub.
Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Giriş nitqi ilə çıxış edən Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova Müstəqillik Günü haqqında geniş məlumat verib və komandalara uğurlar arzulayıb. Vurğulayıb ki, Müstəqillik Günü Azərbaycan xalqının tarixində şanlı və parlaq səhifələrdən biridir. 108 il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil olmuşdur. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müstəqillik daha da möhkəmləndirilmiş, dövlət suverenliyi və inkişaf prosesi yeni mərhələyə yüksəlmişdir. Hər il ölkəmizdə Müstəqillik Günü təmtəraqla qeyd edilir və Azərbaycan dövləti öz siyasətində bu dövrə xüsusi ehtiramla yanaşır.
Müxtəlif mövzularda sualların səsləndirildiyi və gərgin mübarizə şəraitində keçən yarışda 9 komandadan ibarət olmaqla, 36 gənc iştirak edib.
Sonda qalib komandalar mükafatlandırılıb.






