Sakinlərin müraciəti əsasında Şahkərəm, Əhmədli və Pirverdilər kəndlərinin avtomobil yollarında təmir işləri aparılıb
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun keçirdiyi səyyar qəbullar zamanı Şahkərəm, Əhmədli və Pirverdilər kəndlərinin sakinləri son günlər yağan intensiv leysan yağışları nəticəsində kənddaxili avtomobil yollarının bəzi hissələrinin yararsız vəziyyətə düşdüyünü bildirərək problemin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşların müraciəti operativ şəkildə araşdırılıb və qısa müddətdə müvafiq tədbirlər görülüb. Daşkəsən Rayon İcra Hakimiyyətinin, "31 nömrəli Yol İstismarı" MMC-nin, Daşkəsən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və digər aidiyyəti qurumların birgə dəstəyi ilə xüsusi texnikalar cəlb olunaraq suötürücü qurğularda bərpa və təmir işləri həyata keçirilib, yol yataqları hamarlanıb, zəruri hissələrə qum-çınqıl örtüyü döşənib, yağış sularının maneəsiz axını təmin edilib.
Görülən işlərin nəticəsində kənd daxili avtomobil yollarının təhlükəsiz və rahat istismarı bərpa olunub.
Daşkəsən Rayon İcra Hakimiyyəti vətəndaş müraciətlərinə həssaslıqla yanaşaraq onların operativ həllini bundan sonra da diqqət mərkəzində saxlayacaq.






