Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

“Şahin” hərbi-idman oyununun Daşkəsən rayon mərhələsi başa çatıb

29 aprel 2026 | 16:55

Aprelin 29-da Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə "Şahin" hərbi-idman oyununun rayon mərhələsi baş tutub.

Yarışın açılış mərasimi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elmar Əliyev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri Ayxan Fərəcli, SHXÇDX-nin Daşkəsən rayon bölməsinin kadrlar və nizami hissə üzrə zabiti, kapitan Səttarxan Əhmədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsinin sədri Rabil İbrahimov çıxışlarında məktəblilərə uğurlar arzulayaraq “Şahin” hərbi-idman oyununun gənclərin hərtərəfli inkişafında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, bu cür yarışlar məktəblilər arasında sağlam rəqabət mühitinin formalaşmasına, onların fiziki hazırlığının yüksəlməsinə və hərbi sahəyə marağının artmasına xidmət edir. Eyni zamanda, iştirakçılarda komanda ruhunun gücləndirilməsi, intizamlılıq, çeviklik və dözümlülük kimi keyfiyyətlərin inkişaf etdirilməsi yarışın hədəflərindəndir. 

Sonra əsasnaməyə uyğun komandaların yarışı keçirilib.

Rayon birinciliyində 4 tam orta ümumtəhsil məktəbinin komandası qüvvəsini sınayıb. İştirakçıların yüksək hazırlıq səviyyəsi və mübarizə əzmi diqqət çəkib.

Yarışın yekun nəticələrinə görə, Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin “şahin”ləri birinci, Bayan kənd M.Mustafayev adına tam orta və Quşçu kənd Ə.İsmayılov adına tam orta ümumtəhsil məktəblərinin “şahin”ləri isə ikinci və üçüncü yerlərə layiq görülüblər.

Rayon mərhələsinin qalibi olmuş Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası Gəncə şəhərində keçiriləcək zona birinciliyində rayonumuzu təmsil edəcək.

Keçidlər