Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyinin icma üzvləri ilə növbəti görüşü təşkil olunub
İyulun 1-də Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyinin icma üzvləri ilə növbəti görüşü keçirilib. Görüşdə icmanın fəaliyyəti, qarşıda duran vəzifələr, Qərbi azərbaycanlıların tarixi yurdlarına qayıdış ideyasının təbliğinə dair görülən işlər və gələcək fəaliyyət planları müzakirə olunub.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Namiq Süleymanov çıxış edərək rayon nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirib, icma üzvlərini bundan sonra da fəal olmağa çağırıb.
Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyinin sədri Malik Ələsgərov çıxışında icma üzvlərinin birliyinin və fəallığının daha da artırılmasının vacibliyini vurğulayıb, Qərbi Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasının əhəmiyyətindən danışıb.
İcma üzvləri də fikir və təkliflərini səsləndiriblər.
Sonda Qərbi Azərbaycan İcmasının sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri və döş nişanları təqdim edilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.






