Qaz təchizatında müvəqqəti fasilə yaranacaq
12 may 2026 | 16:06
13.05.2026-cı il tarixdə Xoşbulaq QTM-dən qidalanan Xoşbulaq, Qaraqullar, Qazaxyolçular və Zağalı kəndlərində (1526 abonent) qaz kəmərlərinin kipliyə yoxlanılması işləri aparılacaq. Bununla əlaqədar saat 10:30-dan etibarən işlər yekunlaşanadək qaz təminatı dayandırılacaq.






