Mərkəzi Bank Daşkəsəndə qəbul keçirib
03 iyun 2026 | 15:44
İyunun 3-də Mərkəzi Bank tərəfindən vətəndaş müraciətlərinin yerində araşdırılması, operativ həlli məqsədilə Daşkəsən rayonunda səyyar qəbul təşkil edilib.
Vətəndaşların müraciətləri əsasən kredit istəyi, kredit öhdəlikləri üzrə güzəşt, fişinq, ATM quraşdırılması və digər məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi yerində həll edilib, əlavə araşdırma tələb edən məsələlər isə qeydiyyata alınaraq icraya götürülüb. Həmçinin vətəndaşlara onların hüquq və vəzifələri, qanunvericiliyin tələbləri barədə izahat verilib.






