“Konstitusiya və Suverenlik İli” çərçivəsində Daşkəsəndə şəhid ailələri ilə görüşlər davam edir
Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında xüsusi bir il olaraq “Konstitusiya və Suverenlik İli” elan edilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Daşkəsən rayonunda Konstitusiyanın prinsiplərinin, suverenliyin əhəmiyyətinin, xalqımızın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinin dəyərləndirilməsi məqsədilə müxtəlif tədbirlər təşkil olunur.
Elə bu amalla Daşkəsən Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları rayonun şəhid ailələri ilə bir araya gəlir, müraciətlərini dinləyirlər. Görüşlərdə şəhid ailələrinin qayğıları müzakirə olunur, onlara müxtəlif sosial yardım proqramları haqqında məlumat verilir, müraciət və təklifləri qeydiyyata alınır. Həmçinin şəhidlərin xatirəsi anılır, qəhrəmanlıqları vurğulanır.
Beləliklə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Daşkəsən rayonunda təşkil olunan bu görüşlər şəhid ailələrinin dəstəklənməsi və onların dövlət qayğısı ilə əhatə olunmasını gücləndirmək baxımından böyük əhəmiyyət kəsb edir.