Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Daşkəsən rayonunda vətəndaşların müraciətlərini dinləyib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 20-də Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Daşkəsən şəhərində Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovla Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçirilən qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib.






