Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Daşkəsən rayon xidmət şöbəsində əmək yarmarkası keçirilib
13 avqust 2025 | 16:14
Avqustun 13-də Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Daşkəsən rayon xidmət şöbəsində işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi və işəgötürənlərlə birbaşa ünsiyyət imkanlarının yaradılması məqsədilə növbəti əmək yarmarkası təşkil olunub.
Tədbirdə yerli işəgötürən müəssisələr iştirak edib və onlar tərəfindən ümumilikdə 15 vakant iş yeri təqdim olunub. Əmək yarmarkasında 25 nəfər işaxtaran iştirak edib. Onlar təqdim olunan vakansiyalarla yerində tanış olub və uyğun iş yerlərinə müraciət ediblər.
Yarmarka zamanı iştirakçılara həmçinin məşğulluqla bağlı maarifləndirici məlumatlar verilib və məsləhət xidməti göstərilib.






