Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyulun 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev Daşkəsən şəhərində Daşkəsən və Göygöl rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovla Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb.






