Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Elm və Təhsil naziri Emin Əmrullayev Daşkəsən rayonunda vətəndaşları qəbul edib

30 iyun 2025 | 18:05

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 30-da Elm və Təhsil naziri Emin Əmrullayev Daşkəsən şəhərində Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux, Goranboy və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.  

Qəbuldan əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovla Elm və Təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daşkəsən şəhər 2 nömrəli A.Mürsəlov adına tam orta ümumtəhsil məktəbində keçirilən qəbul zamanı vətəndaşların Elm və Təhsil Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib.

Keçidlər